İdman

08 May

Dünya kubokunda növbəti medallar sahibini tapıb

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.

Fins.az xəbər verir ki, Koreyanı təmsil edən Jun Yanq 50 atışdan 41-ni dəqiq yerinə yetirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq ikinci sırada qərarlaşıb. Almaniyalı Cosefin Eder isə 32 dəqiq atış nəticəsində üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.