İdman

03 May

Bakıda atıcılıq üzrə dünya kuboku keçirilir

Mayın 1-dən 12-dək Bakıda atıcılıq üzrə Dünya Kuboku keçirilir. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda ilk finalçılar müəyyənləşib.

Fins.az xəbər verir ki, pnevmatik tapança ilə 10 metr məsafədən atəş açma yarışlarında qarışıq komandalar təsnifat mərhələsində mübarizə aparıblar. Yarışa qatılmalı olan 28 komandadan biri start xəttinə çıxmayıb. 27 cütdən dördü həlledici raunda yüksəlib. Türkiyə və Qazaxıstan qızıl, Ukrayna və Çin bürünc medal uğrunda mübarizə aparacaq.

Bu gün daha iki növdə mübarizəyə start veriləcək. Həm kişilər, həm qadınlar pnevmatik tapançadan 10 metr məsafədən atəş açmada təsnifat mərhələsində dəqiqliklərini yoxlayacaqlar. Azərbaycanın 10 atıcısı hədəf önünə keçəcək. Yalnız 3 kişi və 3 qadın snayperimiz finala vəsiqə qazanmaq və medallar üçün mübarizə aparacaq. Digərləri yalnız reytinq xalları qazanmaqla kifayətlənəcəklər.