İDMAN

03 May

AFFA İntizam Komitəsi tərəfindən cərimələr

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Qəbələ” – “Kəpəz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

Fins.az xəbər verir ki, 28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Turan Tovuz” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununa FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 51.4);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
28.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Sumqayıt” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (52.1);
29.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXXII turun “Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər “Araz-Naxçıvan” klubu tərəfindən ödənilsin (maddə 54.2);
01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununun birinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununda “Karvan” klubunun isinmə hərəkəti edən futbolçuları matçın gedişində topla məşq etdiyinə görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 53.8);
01.05.2024-cü il tarixində I Liqada XXIV turun “Karvan” – “İmişli” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 74.2);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 51.2);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Zaqatala” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Qaradağ Lökbatan” – “Araz Saatlı” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 74.2);
02.05.2024-cü il tarixində I Liqada XXIV turun “Qaradağ Lökbatan” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Lerik” – “Kürmük” oyununun 43-cü dəqiqəsində “Lerik” komandasının 12 nömrəli futbolçusu Hafiz Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 50 manat cərimə edilir (maddə 36.5);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəmkir” – “Göygöl” oyununun 78-ci dəqiqəsində “Göygöl” komandasının 25 nömrəli futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Göygöl” klubu 300 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəmkir” – “Göygöl” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Sheki City” klubunun 9 nömrəli futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 43.3);
29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 43.7);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəfa” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Ağdaş” – “Qusar” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Ağdaş” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomibilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matç 8 dəqiqə gec başladığı üçün “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 72.4);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyunu bitdikdən sonra stadionun dəhlizinə “A buraxılışı” vəsiqəsi olmayan şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 51.8);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyununda “Füzuli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);
30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyunu btidikdən sonra “Füzuli” klubunun 77 nömrəli futbolçusu Əziz Hüseynov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Füzuli” klubu 300 manat cərimə edilir (maddə 40.3);
28.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Sabah-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
28.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Sabah-2” – “Səbail-2” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Sabah-2” komandası 50 manat cərimə edilir (maddə 74.2);
29.04.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Qəbələ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 91);
01.05.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 100 manat cərimə edilir (maddə 91);
01.05.2024-cü il tarixində Əvəzedicilər Liqasında XXXII turun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
28.04.2024-cü il tarixində AFFA Gənclər Liqasında Liqasında keçirilən İCBFA – “Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının 56 nömrəli futbolçusu Rəvan Qəmbərov qarşılaşmanın 34-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
27.04.2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan” PFK komandasının 5 nömrəli futbolçusu Arif Bağırov qarşılaşmanın 68-ci dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 2 oyun cəzalandırılsın (maddə 39.1);
27.04.2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Sabah” FK – “European Football Academy” oyununda “European Football Academy” komandasının 1 nömrəli futbolçusu Nadir Nadirov qarşılaşmanın 32-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
27.04.2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Səbail” FK – “Azərbaycan Qartalları” FK oyununda “Azərbaycan Qartalları” FK komandasının 9 nömrəli futbolçusu Cavad Əliyev qarşılaşmanın 44-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 40.3);
27.04.2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Səbail” FK – “Azərbaycan Qartalları” FK oyununda “Azərbaycan Qartalları” FK komandasının baş məqşçisi İlkin Məmmədzadə qarşılaşmanın 78-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 42.3);
27.04.2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Səbail” FK – “Azərbaycan Qartalları” FK oyununda “Səbail” FK komandasının 3 nömrəli futbolçusu İsmayıl Ramazanov qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
30.04.2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Arpaçay” (Şərur) - UGİM(Culfa) oyununun 27-ci dəqiqəsində “Arpaçay” (Şərur) komandasının baş məşqçisi Bilal Nağıyev öz futbolçularını təhqir etdiyi üçün qırmızı vərəqə ilə kənarlaşdırıldığına  görə 3 oyun cəzalandırılsın (maddə 43.4);
29.04.2024-cü il tariixndə AFFA U-13 Liqasında keçirilən UGİM (Culfa) - “Araz” (Naxçıvan) oyununda “Araz” (Naxçıvan) komandasının 4 nömrəli futbolçusu Sadiq Mustafayevin qarşılaşmanın 57-ci dəqiqəsində qeyri-idman hərəkətinə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
30.04.2024-cü il tariixndə AFFA U-14 Liqasında keçirilən UGİM (Şərur) – “Arpaçay” (Şərur) oyununda “Arpaçay” (Şərur) komandasının 3 nömrəli futbolçusu Yaqub Sabirovun qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
02.05.2024-cü il tarixində futzal üzrə Yüksək liqanın XX turunda keçirilən “Araz Naxçıvan” – U-19 oyununda U-19 komandasının oyunçusu Rəvan Məşiyevin oyunun 30-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
02.05.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın XXII turunda keçirilən “Baku Fire-2” – “Timsport” oyununda “Baku Fire-2” komandasının qapıçısı Məlik Mirzəyev oyunun 30-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
02.05.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın XXII turunda keçirilən “Xan Lənkəran” - PFL oyununda “Xan Lənkəran” komandasının oyunçusu Arif Məmmədov oyunun 30-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.