İdman

04 Aprel

Superkubokun hakimi bəlli olub

Türkiyə Futbol Federasiyası Qalatasaray - Fənərbaxça Superkubok matçında iştirak edəcək hakimləri açıqlayıb.

Fins.az xəbər verir ki, 7 aprel bazar günü keçiriləcək matçı Volkan Bayarslanın idarə edəcəyi bildirilib.

Açıqlamada Bayarslanın köməkçilərinin Serkan Ok və Serkan Olguncan olacağı qeyd edilib. Matçın dördüncü hakimi funksiyasını Burak Şeker yerinə yetirəcək.

Şanlıurfa 11 Nisan Stadionunda oynanılacaq qarşılaşma saat 22.30-da başlayacaq.

Günel Məlikzadə
Fins.az