İdman

04 Aprel

İrfan Can Kahveci karyera rekordu qırıb

Super Liqanın 31-ci həftəsində "Fənərbaxça" doğma meydanda "Adana Dəmirspor"u 4:2 hesabı ilə məğlub edib. Sarı-göylü komandanın futbolçusu İrfan Can Kahveci Dzekonun qoluna ötürmə ilə karyerasında bir ilkə imza atıb.

Fins.az xəbər verir ki, İrfan Can Kahveci bu mövsüm 7-ci assistini edib, 2021-2022-ni (6) geridə qoyub. Super Liqa karyerasının ən yaxşı tək mövsümlük sayına çatıb.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm Fənərbaxça üçün 40 matçda oynadı. 28 yaşlı futbolçu bu matçlarda 14 qol vurub, 10 məhsuldar ötürmə edib.

Günel Məlikzadə
Fins.az