Artıq Beşiktaşda növbəti mövsüm heyət üçün transfer cəhdləri başlasa da, ağ-qara rəhbərliyin Dortmund Borussiasında çıxış edən milli futbolçu Salih Özcanı gündəmə gətirdiyi iddia edilib.
Fins.az xəbər verir ki, Beşiktaş Futbol Komandalarının baş koordinatoru Səməd Aybaba Salih Özcanla telefonla danışaraq , "Sizi komandada görmək istəyirik" deyib.
Qürbətçi yarımmüdafiəçi Aybaba "Hələ dəqiq qərar verməmişəm. Yaxın günlərdə yenidən danışaq" deyə cavab verib.
26 yaşlı futbolçu bu mövsüm Dortmund "Borussiya"sında 27 matçda 1543 dəqiqə oynamaq şansı qazansa da, nə qol, nə də məhsuldar ötürmə verə bilib.
Yaxşı təklif gəlsə, Almaniya komandasının daha iki il müqaviləsi olan futbolçunun transferinə razılıq verəcəyi dəqiqdir.
Günel Məlikzadə
Fins.az