Formula 1 yarışlarının keçirildiyi İstanbul Park treki üçün tender başa çatıb.
Fins.az xəbər verir ki, Pirelli Türkiyə İdarə Heyətinin sədri Lale Canderin tərəfdaşı olduğu Can Bilim Eğitim Kurumları A.Ş., Formula 1 yarışlarının keçirildiyi İstanbul Park trekinin yeni operatoru olub.
Formula 1 təşkilatının sahibi Liberty Media Corporation rəsmilərinin bayramdan sonra İstanbula gələrək trekin təyinatına uyğun işləməsi ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.
Günel Məlikzadə
Fins.az