Patrik Kluivert "Adana Dəmirspor"dan ayrılması ilə bağlı Hollandiya mətbuatına danışıb. Maaşlarını ala bilmədiyini iddia edən Kluivert "Adana Dəmirspor"un prezidenti Murat Sancakla bağlı diqqət çəkən açıqlamalar verib.
Fins.az xəbər verir ki, Kluivertin açıqlamaları belədir:
"Adana Dəmirsporda işlər yaxşı gedirdi, irəliləyirdik, amma birdən hər şey dəyişdi. Prezident isinmə zamanı selfi çəkdirməyə və İnstaqramda canlı yayıma başladı.
Bu vəziyyət həm işçiləri, həm də məni bir az narahat etməyə başladı. Amma düşündük: Bəlkə Türkiyədə bu normaldır.
Maaşımızı ala bilmədik. Bir ay, iki ay, üç ay maaş yoxdur. Bir anda düşündük: Yaxşı işləyirik, nəticələr əladır, amma maaş almırıq.
Bu da futbolçuları narahat etməyə başladı".
Günel Məlikzadə
Fins.az