İdman

02 Aprel

AFFA-nın xərcləri 28 milyon manat təşkil edib - MALİYYƏ HESABATI

AFFA-nın 2023-cü ildəki xərcləri bəlli olub.

Fins.az xəbər verir ki, bu, ötən ilin maliyyə hesabatında əksini tapıb.

Qurumun 2023-cü ildə əsas fəaliyyət xərcləri 27 milyon 957 min 622 manat təşkil edib. Xərclərin 12 milyon 806 min 378 manatı milli komandalara sərf olunub. Bundan başqa, 4 milyon 503 min 450 manatı əmək haqqı və ezamiyyə xərclərinə, U-10-dan başlayaraq qız və oğlanlar arasında liqaların təşkilinə 1 milyon 978 min 885 manat xərclənib.

Ümumi xərclərin 3 milyon 783 min 469 manatı hakimlər və hakim-inspektorlara, 685 min 548 manatı təsərrüfat xərclərinə, 785 min 117 manatı oyunların təşkilinə, 335 min 869 manatı aviabilet və otel xərclərinə ayrılıb.

229 min 973 manatı nəqliyyat xərclərinə, 170 min 370 manatı kommunal və rabitə xərclərinə, 161 min 786 manatı təhsilə, 273 min 64 manatı Marketinq və Sponsorluq Departamentinə, 408 min 97 manatı "Elit Məşq", 54 min 30 manatı "Futbol dərsi" layihəsinə, 1 milyon 100 min 429 manatı VAR layihəsinin tətbiqinə, 681 min 157 manatı isə digər xərclərə ayrılıb.

Fuad Mədətov
Fins.az