İdman

01 Aprel

Salih Uçanın yeni ünvanı bəlli olub

"Beşiktaş"la mövsümün sonunda başa çatacaq müqaviləsini hələ də yeniləməyən Salih Uçan transfer gündəmində olan adlardan biri olmağa davam edir.

Fins.az xəbər verir ki, yeni mövsümdə daha güclü heyətlə çıxış etməyi hədəfləyən “Trabzonspor”un gözü Salih Uçandadır.

"Beşiktaş"la yol ayrıcında olan təcrübəli yarımmüdafiəçi bordo-mavililərin gündəminə gəlib.

“Trabzonspor” xaricdən də təklif alan Salehin vəziyyətini diqqətlə izləyir.

"Beşiktaş"dan istədiyi təklifi ala bilməyən 30 yaşlı yarımmüdafiəçi də seçimlərini dəyərləndirir.

Bildirilir ki, Salih Uçan Türkiyədə qalmağı seçərsə, onun ən yaxın ünvanı Trabzonspordur.

Günel Məlikzadə
Fins.az