İdman

27 Mart

Aleks Oksleyd-Çemberlendən Beşiktaşa şad xəbər

Super Liqanın 17-ci həftəsində keçirilən "Alanyaspor" matçından bəri meydana çıxa bilməyən Aleks Oksleyd-Çemberlendən " Beşiktaş" a şad xəbər gəlib.

Fins.az xəbər verir ki, beIN Sports-un xəbərində təcrübəli futbolçunun fərdi məşqlərə başladığı və aprelin sonunda oynaya biləcəyi bildirilib.

Qeyd edək ki, "Alanyaspor"la matçın 46-cı dəqiqəsində zədələnən Oksleyd-Çemberlen sonuncu dəfə dekabrın 21-də meydana çıxıb.

Beşiktaş ötən ilin dekabrında sol budunun arxa əzələsində yırtıq diaqnozu qoyulan Aleks Oksleyd-Çemberlenin əməliyyat olunduğunu açıqlamışdı.

Günel Məlikzadə
Fins.az