Trabzonspor - Fənərbaxça matçında baş verən hadisələrlə əlaqədar Trabzonsporun köməkçi məşqçisi Egemen Qorxmazdan açıqlama gəldi.
Fins.az xəbər verir ki, Fənərbaxça ilə oynadıqları matçda baş verənlərlə bağlı, "Baş verən hadisələr məni nə qədər kədərləndirsə də, belə bir vəziyyət qarşısında reaksiyasız qala bilməzdim. Yerdə bir adama tətbiq edilən şiddətə insani bir reaksiya göstərdim" dedi.
Azarkeşlərimizin sahəyə daxil olması YANLIŞ OLDU" Egemen Qorxmaz açıqlamasında matçda baş verənləri bəyənmədiyini və belə bir hadisə ilə gündəmə gəldiyi üçün peşman olduğunu bildirib. Belə bir görüntüyə çəkildiyinə görə çox təəssüfləndiyini bildirən Qorxmaz ictimaiyyətin faktları bilə bilməsi üçün açıqlama verməsinin vacib olduğunu bildirib.
Günel Məlikzadə
Fins.az