İdman

14 Mart

"Beşiktaş"da ayrılıq iddiası

Ötən ilin yanvarında "Adana Dəmirspor"la yollarını ayırdıqdan sonra "Beşiktaş"la anlaşan Jonas Svensson üçün ayrılıq iddiası irəli sürülüb.

Fins.az Fanatik qəzetinin xəbərinə istinadən bildirir ki, Ağ-qaralar Svenssondan istədikləri performansı ala bilmədilər.

Norveçli sağ cinah müdafiəçisi ilə norveçli sağ cinah müdafiəçisinin baş məşqçi Fernando Santosdan razı qalmadığı üçün mövsümün sonunda yollarını ayıracağı gözlənilir.

31 yaşlı futbolçunun artıq özünə komanda axtardığı bildirilib.

Jonas Svensson "Beşiktaş"ın heyətində 3-ü liqa, 2-si kubok olmaqla ümumilikdə 5 matçda iştirak edib. Təcrübəli futbolçu bu görüşlərdə hesaba töhfə verə bilməyib.

Günel Məlikzadə
Fins.az