"Qalatasaray"a 1:0 hesabı ilə uduzan "Beşiktaş"da matçın əvvəlində öz qolu ilə hesabı müəyyən edən ulduz futbolçu Əl-Musrati olub. Liviyalı yarımmüdafiəçi bu qolla "Qalatasaray"ın tarixinə düşüb.
Fins.az xəbər verir ki, Super Liqanın 28-ci həftəsində "Qalatasaray" səfərdə " Beşiktaş"ı tək qolla məğlub edərkən, "ağ-qaralar"ın yeni transferi Əl-Musrati böyük bədbəxtlik yaşayıb. Təcrübəli futbolçu matçın əvvəlində öz qolu ilə tarixə düşüb.
Opta məlumatlarına görə, Əl-Musrati Huqo Almeydadan sonra (May 2012) Super Liqada Qalatasaray-a avtoqol vuran ilk Beşiktaşlı futbolçu olub.
Günel Məlikzadə
Fins.az