MKE Ankaragücü Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində qonaq olduğu "Fənərbaxça "nın futbolçusu Mert Hakan Yandaş haqqında Türkiyə Futbol Federasiyasına (TFF) intizam istintaqının başlanması üçün ərizə veriləcəyini açıqlayıb.
Fins.az xəbər verir ki, Klubdan verilən açıqlamada, "Fənərbaxçanın peşəkar futbolçusu Mert Hakan Yandaşın 2018-ci il tarixində oynanılan MKE Ankaragücü - Fənərbaxça matçından sonra tribunalarımıza qarşı qeyri-peşəkar hərəkətləri ilə bağlı lazımi intizam istintaqının başlanması üçün TFF-nin müvafiq idarə heyətinə müraciət ediləcək" deyildi.
Günel Məlikzadə
Fins.az