Həftə sonu Trendyol Super Liqasında Kasımpaşa ilə qarşılaşacaq Fənərbaxça bu günki məşqi ilə hazırlıqlarını davam etdirib. Çağlar Söyüncü sarı-göylü komandanın bugünkü məşqinin ardından şərh etdi.
Fins.az xəbər verir ki, mövsümün sonunda çempion olmaq istədiklərini bildirən milli futbolçu transfer prosesi ilə bağlı bunları deyib:
"Hal-hazırda komandanın vəziyyəti çox yaxşıdır. Hələ mən gəlməmişdən əvvəl komanda yoldaşlarım deyirdilər ki, bu çox yaxşı mühitdir. Meydanda mübarizə aparırıq. Məqsədimiz çempionluğu qazanmaqdır. Azarkeşlərimiz çöldə, biz içəridəyik, əlimizdən gələni edirik. Mən də burada olmaqdan çox xoşbəxtəm".
Günel Məlikzadə
Fins.az