İdman

15 Fevral

Ali Koçdan Ferdi Kadıoğlu üçün vida açıqlaması

"Fənərbağça"nın mövsümün sonunda Ferdi Kadıoğlu ilə yollarını ayıracağı gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanı "Fənərbağça" klubunun prezidenti Ali Koç verib. Ali Koç "Mənim proqnozum Ferdi Kadıoğlunun mövsümün sonunda yeni bir hekayə üçün yelkən açacağıdır"dedi.

Fənərbaxça prezidenti Ali Koç Ferdi Kadıoğlunun mövsüm sonunda sarı-göylü komandadan ayrılacağına işarə etdi.

Sarı-göylülər Ferdinin müqaviləsi 2026-cı ildə başa çatacaq. Bu mövsüm 33 matça çıxan 24 yaşlı sol cinah müdafiəçisi 2 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Günel Məlikzadə
Fins.az