İdman

15 Fevral

Ağırlıqqaldıranlarımız Avropa çempionatında çıxışlara start veriblər

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı ilk 3 yarış günü arxada qalıb. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Fins.az-a verilən məlumata görə, artıq 3 atletimiz körpücük üzərinə qalxıb. Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub. Tehran Məmmədov və İsa Rüstəmov isə 67 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub.

Bu gün Bakı vaxtı ilə saat 14:00-da Ömər Cavadov yarışa çıxacaq. O, 73 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparacaq.

Digər atletlərimizin çıxış cədvəli aşağıdakı kimidir:

16 fevral. Saat 16:00. Ravin Alməmmədov və Füqan Əliyev. 81 kq. B qrupu

17 fevral. Saat 14:00. Nurlan Məmmədzadə. 89 kq. B qrupu.

18 fevral. Saat 16:00. Əli Şükürlü. 102 kq. B qrupu.

19 fevral. Saat 19:00. Dadaş Dadaşbəyli. 109 kq. A qrupu.

Fuad Mədətov
Fins.az