Son həftələr "Qalatasaray"dakı çıxışı ilə böyük rəğbət qazanan Barış Alper Yılmaz üçün transfer xəbərləri çıxmağa başlayıb.
Fins.az xəbər verir ki, Türkiyə Milli futbolçusunun adı bir çox Avropa nəhəngi tərəfindən hallandırılarkən, Barış Alper Yılmazın transfer qiymətini "Qalatasaray"ın müəyyən etdiyi iddia edilib.
“Qalatasaray” Barış Alper Yılmaz üçün ən az 20 milyon avro tələb edir.
Bu rəqəm "Qalatasaray"ın Barış Alper Yılmazın transfer etdiyi məbləğin təxminən 10 qatıdır.
Bu mövsüm "Qalatasaray"ın heyətində bütün yarışlarda 38 matça çıxan 23 yaşlı futbolçu 4 qol və 5 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
Barış Alper Yılmazın "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var.
Ankara Keçiörengücü Barış Alper Yılmazın növbəti satışında yüzdə 20 paya sahibdir.
Günel Məlikzadə
Fins.az