İdman

12 Fevral

Azərbaycan Premyer Liqasında növbəti oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçiriləcək.

Fins.az xəbər verir ki, günün yeganə matçında “Kəpəz” “Səbail”i qəbul edəcək. Qəbələ şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da start götürəcək.

“Kəpəz” hazırda 20 xalla 9-cu, “Səbail” isə 27 xalla beşinci pillədə qərarlaşıb.

Turun açılış oyununda “Qarabağ” doğma meydanda “Sabah”la heç-heçə edib – 3:3.

XXII tura fevralın 13-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ”, “Zirə” -“Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.