İdman

09 Fevral

Futbolda “Mavi Kart” dövrü!

Dünyanın ən populyar idman növü olan futbola son illərdə texnologiyanın böyük köməyi dəyib. Video köməkçi hakim (VAR) sistemi və yarı avtomatik ofsayd sistemi kimi bir çox yeniliklər əlavə edilib. Lakin bu, hələ ki, oyunçu cəzalarını həll etməyib. FİFA 54 ildir dəyişməz qalan qaydanı yeniləyir.

Fins.az Telegraph-da yer alan xəbərə istinadən bildirir ki, IFAB uzun müddətdir üzərində çalışdığı layihə üçün ilk addımı sabah atacaq. Müvafiq olaraq, hakimə qarşı aldadıcı hərəkətlər edən və ya hakimə kəskin etiraz edən futbolçular mavi vərəqə alacaq və 10 dəqiqə meydanda gözləməli olacaqlar.

Sarı və qırmızı vərəqələr 1970-ci ildən istifadə olunur. IFAB bunlarla yanaşı yeni bir kart da əlavə etməklə son illərin ən böyük dəyişikliyini edəcək. Məlumata görə, qayda ilk olaraq seçilən aşağı liqalarda tətbiq olunacaq. Sınaqdan keçsə, yüksək liqalarda da həyata keçiriləcək.

Günel Məlikzadə
Fins.az