Futbol üzrə Azərbaycan Kubokunda bu gün son iki yarımfinalçının adına aydınlıq gələcək.
Fins.az xəbər verir ki, 1/4 final mərhələsinin bugünkü ilk cavab oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda reallaşacaq qarşılaşma saat 16:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1. Bu cütün qalibi "Zirə"yə rəqib olacaq.
Bu raunda "Neftçi" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Oyun saat 19:00-da start götürəcək. Sumqayıtdakı ilk matçda "ağ-qaralar" qələbə qazanıb - 3:2. Mərhələ adlayan tərəf yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
9 fevral
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
İlk oyun - 1:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Sumqayıt”
İlk oyun - 3:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”
Qeyd edək ki, daha əvvəl "Zirə" və "Qarabağ" yarımfinala yüksəlib.
Fuad Mədətov
Fins.az