İdman

09 Fevral

2023-cü ilin nəticələrinə əsasən ən çox qazanan 100 idmançının REYTİNQİ

“Sportico” jurnalı 2023-cü ilin nəticələrinə əsasən ən çox qazanan 100 idmançının reytinqini tərtib edib.

Fins.az-ın məlumatına görə, birinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının portuqaliyalı yarımmüdafiəçisi Kriştiano Ronaldu tutub.

2023-cü ildə futbolçu 275 milyon dollar (sponsorlardan 60 milyon dollar - Qeyd) qazanıb. Futbolçu ötən il yanvarın 2-də klubla müqavilə imzalayıb və müqavilə çərçivəsində o, ildə 200 milyon avro alır.

Qolfçu Con Ramın qazancı Ronaldudan 72 milyon dollar azdır. 2023-cü ilin ən varlı idmançılarının ilk üçlüyünü argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messi tutub. Hazırkı dünya çempionu bir ildə 130 milyon dollar qazanıb.

“Sportico”nun ilk 10 reytinqi belə görünür:

Kristiano Ronaldu (futbol) – 275 milyon dollar

Con Ram (qolf) – 203 milyon dollar

Lionel Messi (futbol) – 130 milyon dollar

Lebron Ceyms (basketbol) – 125,7 milyon dollar

Kilian Mbappe (futbol) – 125 milyon dollar

Neymar (futbol) – 121 milyon dollar

Stefen Karri (basketbol) – 98,9 milyon dollar

Yannis Andetokumpo (basketbol) – 88,4 milyon dollar

Kevin Dyurant (basketbol) – 86,9 milyon dollar

Patrik Mahoums (Amerika futbolu) – 84,3 milyon dollar.