"Fənərbaxça" portuqaliyalı yarımmüdafiəçi Migel Kresponun "Rayo Valyekano"ya transferi üçün İspaniya komandası ilə razılığa gəlib.
Fins.az xəbər verir ki, Krespo tezliklə Rayo Valyekano üçün tibbi müayinədən keçəcək.
Portuqaliyalı yarımmüdafiəçi mövsümün sonuna qədər satın alma opsionu ilə İspaniya komandasına icarəyə veriləcək.
27 yaşlı futbolçu bu mövsüm sarı-göy rəngli forma ilə bütün turnirlərdə 18 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Migel Kresponun Fənərbaxça ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.
Sarı-göylü komandadan Bartuğ Elmaz mövsümün qalan hissəsini Sivassporda keçirəcək.
Texniki heyət ümid edir ki, potensialına inanan gənc futbolçu daha çox oyun vaxtı qazanacaq və daha da inkişaf edəcək.
Mövsümün əvvəlində "Marsel"dən transfer olunan Bartuq cəmi 126 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə edib. 20 yaşlı cəbhəçinin Fənərbaxça ilə 2026-cı ilə qədər müqaviləsi var.
Günel Məlikzadə
Fins.az