İdman

15 Yanvar

Mauro İkardinin cavab matçında dəyişiklik

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin meydana qayıdacağı matç maraq doğurur. Daha əvvəl Trabzonspor matçında oynayacağı proqnozlaşdırılan Mauro İkardinin planları baş tutmayıb.

Fins.az xəbər verir ki, "Qalatasaray" Superliqada oynanan "Fənərbağça" derbisində zədələnən Mauro İkardinin bir müddət formadan uzaq qalacağını açıqlamışdı.

Zədəsinin 20-ci günündən sonra ediləcək qiymətləndirmədən sonra İkardinin meydançaya maska ​​ilə çıxa biləcəyi vurğulanıb.

Fənərbaxça derbisindən sonra liqada oynadığı Konyaspor və Sivasspor matçlarında oynaya bilməyən Mauro İkardinin Trabzonspor matçına vaxtında gəlməsi planlaşdırılırdı.

Lakin,, argentinalı ulduz hücumçunun "Trabzonspor" matçında meydana çıxması çətinləşib.

Təcrübəli hücumçunun ağrılarının davam etdiyi və böyük ehtimalla derbini buraxacağı bildirilib.

Yanvarın 21-də keçiriləcək “Trabzonspor” matçından sonra “Qalatasaray” yanvarın 25-də evdə “İstanbulspor”, yanvarın 29-da isə İstanbulda “Qaziantep FK” ilə qarşılaşacaq.

Mauro İkardinin "İstanbulspor" və ya "Qaziantep FK" ilə matçla meydana dönməsi mümkündür.

Bu mövsüm ümumilikdə 27 matçda meydana çıxan təcrübəli forvard 17 qol vurub, 6 məhsuldar ötürmə edib.

Günel Məlikzadə
Fins.az