"Beşiktaş"ın sabiq futbolçusu Rikardo Kuarejma ağ-qara komandanın yeni baş məşqçisi Fernando Santos haqqında xoş sözlər deyib.
Fins.az xəbər verir ki, "Santos"un çalışdırıcılığında AVRO-2016 çempionluğunu qazanan Portuqaliya heyətində yer alan Kuarejmanın şərhi yenidən gündəmə gəlib.
Portuqaliyalı ulduzun Fernando Santos haqqında sözləri:
"O, az danışan, lakin oyunçularında və futbol psixologiyasında istək və ambisiyaları necə saxlamağı çox yaxşı bilən bir məşqçidir."
“Mən heç vaxt futbolçuları matça belə ağıllıca hazırlayan başqa məşqçi ilə işləməmişəm”.
Günel Məlikzadə
Fins.az