LaLiga-da liderliyini davam etdirən və İspaniya Kral Kubokunda yolunu davam etdirən Real Madrid, 2024-cü ilin yayında yeni Los Qalaktikosunu planlaşdırır.
Fins.az xəbər verir ki, Karlo Ançelottinin müqaviləsini yeniləyən paytaxt komandasında transfer səyləri davam edərkən, yay transfer dönəmində Kilian Mbappe və Erlinq Haalandın adları gündəmdədir.
İspaniya mətbuatı AS-da dərc olunan xəbərdə Erlinq Haalandın müqaviləsindəki bənd səbəbiylə Real Madridin bu yay ulduz oyunçu üçün transfer edə biləcəyi bildirilib.
Bu transferin böyük ölçüdə Kilian Mbappedən asılı olduğu bildirilsə də, Haalandın da transferə müsbət yanaşdığı qeyd edilib.
Bildirilib ki, Erlinq Haalandın Dortmund Borussiasından Mançester Sitiyə transferi zamanı imzaladığı müqavilədə fərqli sərbəstlik şərtləri var idi.
Qeyd olunub ki, Premyer Liqada çıxış edən komandalar üçün 200 milyon avroya yaxın sərbəst buraxılış maddəsi var, digər liqalardakı komandalar üçün isə bu məbləğ daha aşağıdır.
Qeyd olunur ki, Real Madrid bu yay transferi tamamlaya bilməsə, 2025-ci ildə Erlinq Haalandı heyətinə qata bilər.
Mbappenin gəlmədiyi ssenaridə Endrikin 2024-cü ildə komandaya qoşulacağı üçün Real Madridin tələsməyəcəyi bildirilib.
Günel Məlikzadə
Fins.az