Sabah Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçı "Qalatasaray" üçün əla fürsət ola bilər. “Qalatasaray”ın 5 ulduzlu futbolçusunun Səudiyyə Ərəbistanı komandalarının radarında olduğu bildirilir.
Son zamanlar transfer haqqı və futbolçulara verilən maaşlarla gündəmdə olan Səudiyyə Ərəbistanı komandaları Qalatasaray ulduzlarını özünə bağlayıb.
Bu çərçivədə "Qalatasaray" sabah Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçını fürsətə çevirə bilər.
Fins.az xəbər verir ki, Hakim Ziyeç səudiyyəlilərin maraqlandığı "Qalatasaray" ulduzlarından biridir.
Yeni mövsümdən əvvəl Səudiyyə Ərəbistanına transferi relsdən çıxan Ziyeçin Çempionlar Liqasındakı çıxışı futbolçunu yenidən gündəmə gətirib.
“Qalatasaray” Hakim Ziyeçin alqı-satqı opsiyasından istifadə edərək futbolçunu Səudiyyə Ərəbistanı komandalarına astronomik qiymətə satmağı planlaşdırır.
Yay transfer dönəmində səudiyyəlilərin hədəfində olan Mauro İkardinin Superkubokda yaxından izləniləcəyi də xəbər təfərrüatında yer alıb.
Argentinalı ulduzun Superkubokdakı çıxışının yenidən təkliflərə yol aça biləcəyi vurğulanıb.
Səudiyyə Ərəbistan komandalarının Superkubokda xüsusi olaraq izləyəcəyi digər futbolçular aşağıdakılardır:
- Vilfrid Zaha
- Kerem Aktürkoğlu
- Abdülkerim Bardakcı
Günel Məlikzadə
Fins.az