Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ" və MOİK komandaları arasında keçirilən oyun "Qarabağ"ın 1-0 qələbəsi ilə başa çatıb.
Fins.az xəbər verir ki, oyunun uzatma dəqiqələrində "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə hesabı açıb.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK (Mərkəzi Ordu İdman Klubu) matçının ikinci hissəsi başlayıb.
* * *
Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK (Mərkəzi Ordu İdman Klubu) matçının ilk hissəsi bitdi.
* * *
Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK (Mərkəzi Ordu İdman Klubu) matçı Xankəndi şəhər stadionunda başlayıb.
Fins.az xəbər verir ki, matçı Azərbaycanın idman camiası ilə yanaşı dövlət və ictimaiyyət nümayəndələri də oyunun keçirildiyi stadiondan izləyirlər.
* * *
Xankəndi stadionu bu gün keçiriləcək "Qarabağ" - "MOİK" oyununa tam hazırdır.
Fins.az bildirir ki, bu gün keçiriləcək oyun üçün hazırlıqlardan videolar gəlməyə davam edir.
Oyunun başlamasına saatlar qala stadionda Azərbaycan bayrağı dalğalanıb.
Həmin görüntüləri təqdim edirik:
* * *
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Fins.az bildirir ki, günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda "Qarabağ" I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
Artıq azərkeşlər və media nümayəndələri Xankədidədir.
Həmin görüntüləri təqdim edirik:
* * *
Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.
Fins.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək.
Maraqlıdır ki, bu oyunda "Qarabağ"ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası - Mərkəzi Ordu İdman Klubu olacaq.
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında "Qarabağ"la "Turan" (Tovuz) arasında olub. Ağdamın "İmarət" stadionunda keçirilmiş həmin matçda "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən "Qarabağ" rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.
2009 və 2010-cu illərdə isə "Qarabağ" Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.
Qeyd edək ki, bugünkü oyun saat 14:00-da başlanacaq. Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçının stadiondan canlı izləyəcəyi gözlənilir.
Artıq arenada bütün işlər tamamlanıb. Stadionda yeni oturacaqlar da quraşdırılıb. Qapı arxasında tribunalardan birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərinə isə "Xankəndi" sözləri yazılıb.