4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışı keçiriləcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Fins.az-a verilən məlumata görə, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Heyət aşağıdakı kimidir:
Qadınlar: Nazilə İsmayılova (49 kq)
Kişilər: Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).
Fuad Mədətov
Fins.az