Dünya futbol ikonları “Barca Legends” komandası Qırğızıstana gələcək və Ronaldinyo, Rivaldo, Stoiçkov, Kluivert, Deko, Abidal, Zambrotta, Nadal, Frank de Bur, Popesku və bir çox başqaları Mərkəzi Asiya futbolunun əfsanələrindən ibarət komanda ilə Bişkek şəhərində yerləşən D.Omurzakova adına “Spartak” stadionda yoldaşlıq oyunu keçirəcəklər.
Tədbirin Təşkilat Komitəsindən (TK) Fins.az-a verilən məlumata görə, əfsanələrin oyununa əlavə olaraq, avqustun 28-də Çolpon-Ata hipodromunda və İssık-Kuldakı Rux Ordo kompleksində “Barca Fan Klubu” ilə daha çox maraqlı hadisələr təşkil olunacaq. Həmçinin avqustun 29-da Cəlal-Abadda “Barselona” futbol klubunun Mərkəzi Asiyada ilk akademiyasının açılışı, avqustun 30-da isə Bişkekdə “Barselona”nın ikinci akademiyasının kapsulunun qoyulması mərasimi keçiriləcək.
Tədbirlərdə Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdən 2000-dən çox Barselona azarkeşi iştirak edəcəklər:
“Fan-klub 3 gün ərzində “Barca Legends”i müşayiət etmək və bütün tədbirlərdə iştirak etmək üçün unikal imkan əldə edəcəklər. Biznes və mədəni-əyləncə proqramları, brend hədiyyələr və “Hər Şey Daxil” loqistikası da təqdim olunur”.
Təşkilat Komitəsinin rəsmiləri qeyd ediblər ki, Cəlal-Abadda “Barselona” futbol klubunun Orta Asiyada ilk akademiyasının açılışı və Bişkekdə ikinci akademiyasının kapsulunun qoyulması, o cümlədən, Orta Asiyada “Barca Academy” franşizasının sahibi olan “Jal Group Asia” irimiqyaslı layihəsi tarixi hadisədir:
“Futbol dünyasında bir sıra nəhənglər var, lakin ən titullu İspaniya klubu “Barselona”dır (“Barsa”). Kataloniya klubunun rəsmi olaraq 200 milyondan çox azarkeşi var ki, bu da dünyanın bir çox ölkəsinin əhalisindən xeyli çoxdur. Başqa sözlə, planetin demək olar ki, hər 40-cı sakini “Barsa” azarkeşidir. Dünya futbolunda istedadların yetişdirilməsindən biri də Barselona şəhərindəki “La Masia” futbol akademiyasıdır. Son onilliklərdə Lionel Messi, Xavi Hernandes, Sesk Fabreqas, Jerar Pike, Andres İnyesta kimi əfsanələrin bu akademiyadan çıxdığını xatırlatmaq kifayətdir. Onların hər birinin bütöv klublardan daha çox titulları var”.
Bundan başqa, TK-dən onu da vurğulayıblar ki, Qırğızıstanda “Barsa Akademiyası”nın açılışı Mərkəzi Asiya və MDB ölkələrində ilk hesab olunur. “Barselona” akademiyalarının əsas vəzifəsi dünyanın hər yerindən istedadlı futbolçular axtarmaq və oyunçuların hərtərəfli hazırlığını təmin etməkdir:
“Bu gün dünyada 40 min gənc futbolçunun təhsil aldığı 28 Barca akademiyası var ki, onların hər birinin Barselonanın əsas komandasının oyunçusu olmaq və “Camp Nou” meydanında Çempionlar Liqasının himninə çıxmaq şansı var. Orta Asiyada ilk akademiya Cəlal-Abadda, ikinci akademiya isə Bişkekdə açılacaq. Bu akademiyaların tələbələri Onaldinyo, Kluivert, Xavi və təbii ki, Messi ilə yanaşı, “Barsa”nın əfsanələri sırasında yer almaq şansı əldə edəcəklər”.
Tədbirdə iştirak etmək aşağıdakı mobil nömrəylə əlaqə saxlayın:
(+994 55) 546 98 30 / Vüqar Bağırov
Fuad Mədətov
Fins.az