İdman

26 May

Paris-2024-ün açılış mərasiminə bilet 2,7 min avro olacaq

"Paris -2024” Olimpiya Oyunlarının açılış mərasimi üçün pullu yerlərin qiyməti açıqlanıb. 

Bu barədə Fransanın idman-Olimpi­ya və paralimpiya oyunları naziri Ameli Udea-Kastera məlumat verib. O qeyd edib ki, Sena çayı sahilində keçiriləcək açılış mərasimində çayın yuxarı səki­sində təxminən 300-400 min pulsuz və aşağı səkisində isə 100 min pullu yer olacaq. Pullu yerlərə biletin qiyməti isə 2700 avro olacaq.