İdman

10 May

Tomas Müller mövsümün sonunda klubdan ayrılmaq istəyir

Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller mövsümün sonunda klubdan ayrılmaq istəyir.

Fins.az "Bild" nəşrinə istinadən xəbər verir ki, yeni baş məşqçi Tomas Tuxelin gəlişindən sonra az forma şansı əldə etdiyi üçün məyusdur.

Təcrübəli forvard karyerasını bitirmək istəmir və başqa komandaya keçməyə hazırdır.

Qeyd edək ki, Tomas Müller bu mövsüm Münhen təmsilçisində 37 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir. Almaniyalı oyunçu 2008-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir.