İdman

08 May

"Real Madrid" 100 rəsmi titul qazanan ilk İspaniya klubu olub

"Real Madrid" İspaniyada 100 rəsmi titul qazanan ilk klub olub.

Fins.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə kubokunun finalında “Osasuna”ya 2:1 hesabı ilə qalib gələn Madrid təmsilçisi tarixə düşüb.

Florentino Peres klub prezidenti kimi 32-ci tituluna sahib çıxıb və bu göstəricidə Santiaqo Bernabeuya (hər ikisi 32) çatıb.

Hücumçu Kərim Benzema isə "kral klubu"nun sabiq müdafiəçisi Marselonun nailiyyətini təkrarlayıb. Hər iki oyunçu "Real Madrid"də 25 titul qazanıb.