İdman

20 Aprel

Mahir Emreli Türkiyədə ilk qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

Fins.az xəbər verir ki, Konya şəhərinin eyniadlı təmsilçisi doğma meydanda "Adana Demirspor"u qəbul edib. Emrelinin start heyətində meydana çıxdığı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. Bu, 26 yaşlı forvardın yeni komandasında ilk qolu olub. O, 60-cı dəqiqədə Robert Muriçlə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra 39 xalı olan "Konyaspor" 9-cu pillədə qərarlaşıb. 54 xalı olan "Adana Demirspor" isə 4-cü sırada yer alıb.

©Report