İdman

11 Aprel

Türkiyədə klublar mənfiyə doğru geriləyib

Türkiyədə futbolda çempionluq yarışı davam edərkən, klubların son balansları mənfiyə doğru geriləyib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir.

"Qalatasaray" dekabr-fevral dövründə 270,6 milyon lirə zərər açıqlayıb. Əvvəlki dekabr-fevral dövrü itkisi 114,4 milyon lirə idi.

"Fənərbaxça" açıqladığı balans hesabatında dekabr-fevral dövründə 173,9 milyon lirə zərər açıqlayıb. Ötən ilin eyni dövründə 228,6 milyon lirə zərərlə başa vurub.

"Beşiktaş" dekabr-fevral aylarında 160 milyon lirə zərər verdiyini açıqlayıb. Ötən ilin eyni dövründə 322,6 milyon lirə zərərin olduğu bildirilmişdi.

"Trabzonspor"un eyni dövrdə 208,3 milyon lirə zərər verdiyi açıqlanıb. Əvvəlki dekabr-fevral dövründə klub 154,8 milyon lirə zərərlə başa vurub.

Zəminə Hüseyn
Fins.az