İdman

15 Avqust

Azərbaycan Premyer Liqasında 2022-ci ilin rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.

Fins.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022-ci ilin rekordudur.

“Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub. Keçən il 6-7 noyabrdakı dörd görüşdə 17 top qeydə alınıb. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.