İdman

14 İyul

Azərbaycan kikboksçusu Dünya Oyunlarında finala yüksəlib

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Dünya Oyunlarında finala vəsiqə qazanıb.

Federasiyadan  verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edib.

Rəcəbzadənin 1/4 final mərhələsindəki  rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Azərbaycan təmsilçisi iyulun 15-də finalda xorvatiyalı Anto Şiriçlə üz-üzə gələcək.