İdman

13 İyul

Dünya reytinqində “Qarabağ” mövqeyini qoruyub, “Neftçi” irəliləyib

Klubların dünya sıralaması müəyyənləşib.

 IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın yenə iki klubu yer alır.

303 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Mayda dünyanın ilk “100-lüy”ünə düşən “Qarabağ” 89-cu pillədəki mövqeyini qoruyub. Ağdam təmsilçisinin aktivində 141,5 xal var.

“Neftçi” isə 1 pillə irəliləyərək, 234-cü yerə yüksəlib. “Ağ-qaralar” 81 xala malikdir. Bakılılar “CSYD Atlas”la (Meksika) eyni yeri bölüşdürür.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. Braziliya klubu “Palmeyras” (322 xal) liderliyini qoruyub. İlk “üçlüy”ün digər sakinləri də Braziliya təmsilçiləridir. “Flamenqo” (301) və “Atletiko Mineyro” (293) bir addım irəliləyərək, müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıb.