İdman

10 Mart

Abramoviç “Çelsi”ni satsa da pul qazanmayacaq

Böyük Britaniyada sanksiyaya məruz qalan rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu “Çelsi” futbol klubunu sata biləcək, lakin bundan qazanc əldə etməyəcək.

Fins.az TASS-a istinadən xəbər verir ki, sanksiya səbəbilə London klubunun satışı dayandırılacaq.

Əlavə edək ki, Abramoviç martın 2-də klubu satmaq istədiyini açıqlayıb. Hökumət satış üçün xüsusi lisenziya verərsə, bu proses bərpa oluna bilər. Lakin belə olarsa, klubun satışından əldə olunan vəsait Abramoviçin hesabına verilməyəcək.