“Qarabağ”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Ağdam təmsilçisi rəsmi feysbuk səhifəsi vasitəsilə yarımmüdafiəçi Abdullah Zubirlə yeni müqavilə imzalandığını bəyan edib.
Fransalı hücumameyilli oyunçu mövsümün sonuna qədər olan sözləşmə müddətini daha 3 il uzadıb. Bu isə o deməkdir ki, 30 yaşlı Zubir 2024-cü ilin yayına qədər “Qarabağ”a məxsus olacaq.