İtaliyanın "Yuventus" klubu futbolçusu Sami Xedira ilə yollarını ayırıb.
34 yaşlı yarımmüdafiəçi Almaniya "Herta"sına keçib. Razılaşmanın təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Sami Xedira "Yuventus"da 2015-ci ildən çıxış edir. O, cari mövsüm İtaliya A Seriyasında meydana çıxmayıb. Almaniyalı oyunçu Turin təmsilçisinin üzvü kimi 5 dəfə A Seriyasını, 3 dəfə ölkə kubokunu və bir dəfə ölkə Super Kubokunu qazanıb. Yarımmüdafiəçi 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub.