İdman

29 Yanvar

Azərbaycan-Qətər oyunu Londonda keçirilə bilər

Martda bizi çox çətin oyun qrafiki gözləyir. Portuqaliya və Serbiya milliləri ilə matçların arasında Qətərlə oynamalıyıq.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.

E.Məmmədov bildirib ki, Qətər yığması matçı İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir. Hazırda bu istiqamətdə danışıqlar gedir.

Qeyd edək ki, millimiz dünya çempionatının seçmə mərhələsində ilk oyunu martın 24-də Portuqaliyada olacaq. Futbolçularımız 3 gün sonra Qətər seçməsi ilə qarşılaşacaq. Həmin ayın 30-da millimiz Serbiya futbolçularını qəbul edəcək.