İdman

29 Yanvar

Azərbaycanda futbol federasiyalarına ayrılan vəsait bəlli olub

AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə 2020-ci ildə ayrılan vəsaitin həcmi məlum olub. 

Bu məbləğ assosiasiyanın bugünkü Hesabat Konfransında açıqlanıb.

Vəsaitin ümumi məbləği 2 milyon 509 min 820 manat təşkil edib. Ötən il ərzində Futzal Federasiyasına 574 min, Regional Futbol Federasiyasına 239 min 438, Futbol Veteranları İttifaqına 209 min 495, Peşəkar Futbol Liqasına 625 min, Çimərlik Futbol Federasiyasına 141 min 400, İctimai Futbol Federasiyasına 19 min 600, Tələbə Futbol Federasiyasına 17 min, Uşaq və Gənclər Federasiyasına 166 min, Əlillər Futbol Federasiyasına 44 min 687, Sahə Futbol Federasiyasına 4 min, İsgəndər Cavadov Bakı Futbol Akademiyasına isə 19 min 200 manat köçürülüb.

Qeyd edək ki, AFFA tərkibində olan federasiyalar və üzvlərə 2019-cu ildə ümumilikdə 1 milyon 607 min 420 manat vəsait ayırıb.