İdman

29 Yanvar

AFFA idman qurğularına ayırdığı vəsaiti açıqlayıb

AFFA-nın 2020-ci ildəki infrastruktur xərcləri açıqlanıb.

Bu göstəricilər bu gün keçirilən Hesabat Konfransında açıqlanıb.

Qurum il ərzində infrastruktura 2 milyon 944 min 588 min xərcləyib. Bakı Olimpiya Stadionuna 342 min, “Dalğa Arena”ya 662 min 252, Bayıl Stadionu və Akademiyasına 351 min 340 manat, Təlim Məşq Mərkəzinə 274 min 178 manat, Futbol Akademiyasına 206 min 871 manat xərclənib.

86 min 835 min manat Binə Stadionuna, 87 min 216 manat Ağsu Stadionuna, 138 min 802 manat “Bakcell Arena”ya ayrılıb. Digər stadionlar və məşq meydançalarına 795 min 94 manat xərclənib.