“Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyanın yanvarda “Barselona” klubuna keçidi baş tutmayacaq.
Bu barədə “Marca” məlumat yayıb.
Katalon klubunun rəhbərliyi maliyyə çətinliklərinə görə 20 yaşlı ispaniyalının transferini təxirə salmaq istəyir. “Barsa” Erik Qarsiyanı mövsümün sonunda, futbolçu azad agent statusuna sahib olduqdan sonra heyətinə qatmaq istəyir.