İdman

08 Yanvar

Bakıdakı Dünya Kuboku ləğv olundu

Bakı 08 Yanvar Fins.az

Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

Ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir.

Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb.

Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi keçirdiyi “AGF Junior Trophy” turniri də baş tutacaq. Bu yarışlar Olimpiadaya lisenziya qazandırmayacaq.

Daha bir Dünya Kuboku 7-9 mayda Milli Gimnastika Arenasında keçiriləcək. Bu, bədii gimnastika üzrə olacaq.

IX aerobika gimnastikası üzrə dünya yaş qrupu müsabiqələri də Bakıda keçiriləcək. Bu, 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra olacaq (27-29 may).