İdman

30 Dekabr

“Real”ın sabiq baş məşqçisi Meksikada işləyəcək

Bakı 30 dekabr Fins.az

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Santyaqo Solarinin yeni iş yeri məlum olub.

Mütəxəssis karyerasını Meksikada davam etdirəcək.

44 yaşlı argentinalı “Amerika” klubunun baş məşqçisi təyin olunub. Solari Meksika təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

2018-ci ilin oktyabrından 2019-cu ilin martınadək “Real”a rəhbərlik edən cənubi amerikalının son iş yeri Madrid təmsilçisi olub. O, “Amerika”da istefaya göndərilən Migel Erreranı əvəzləyib.