İdman

30 Dekabr

Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

Bakı 30 dekabr Fins.az

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi start götürüb.

Dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda mübarizəyə başlayıb.

Bu gün bu raundun ilk matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

Şahmatçılar arasında ilk matçda 4 oyunun hamısı heç-heçə başa çatıb – 2:2. Sabah qrossmeysterlər arasında ikinci görüş baş tutacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.