İdman

28 Dekabr

Teymur Rəcəbov Levon Aronyanla heç-heçə oynayıb

Bakı 28 dekabr Fins.az

Onlayn blits şahmat üzrə “Airthings Masters” turniri davam edir.

Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın ikinci günündə 4 qarşılaşma keçirib. 

Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakanura (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) ilə heç-heçə edən Teymur günün son matçında erməni Levon Aronyanla görüşüb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarım xalla kifayətlənib.

Bir gün əvvəl Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edib, David Quijarronu (İspaniya) məğlubiyyətə uğradan Rəcəbov bununla da xal hesabını 4,5-ə çatdırıb. O, yarışın iki günündən sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar növbəti raunda adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.